Xəbərlər
Masallıda partiya veteranları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 33 illiyi münasibətilə “Veteranlarımız” layihəsi çərçivəsində partiya veteranları ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev dahi şəxsiyyət Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkənin inkişafı naminə gördüyü işlərdən bəhs edib. O, Ulu Öndərin Azərbaycan xalqının müasir tarixində oynadığı müstəsna rolu vurğulayaraq bildirib ki, Heydər Əliyevin zəngin irsi və mənalı həyat yolu xalqımız üçün əsl ibrət məktəbidir.
Təşkilat sədri qeyd edib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkədə intibah dövrü və milli şüurun oyanışı baş vermiş, müstəqilliyimiz məhz onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində əbədi və dönməz xarakter almışdır. “Ölkəmiz dünyada layiq olduğu yüksək mərtəbəyə Ulu Öndərin müdrikliyi, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir”, - deyə Seyfəddin Əliyev vurğulayıb.
Tədbirdə çıxış edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, şəhid anası Mehriban Sultanova, partiya veteranı Nazilə Hüseynova və digərləri partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışıblar. Vurğulanıb ki, Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ideyaları dayanır.
Tədbirin sonunda partiya həyatında fəal iştirakına görə və yubiley yaşlarını qeyd edən partiya veteranlarına fəxri fərman təqdim olunub.
