YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Memorial Məzarlıq ziyarət olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şanlı Zəfərin beşinci ildönümü münasibətilə Hərbi Memorial Məzarlıqda şəhidlərimizin məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin Yasamal rayonunu təmsil edən deputatları, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov şəhidlərin məzarları önünə gül dəstələri qoyub, Vətənin qəhrəman övladlarının xatirələrini ehtiramla anıblar.

Təbdir iştirakçıları şəhidlərimizin xatirəsinə təşkil olunan ehsan süfrəsində də iştirak ediblər.