YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Səməd Vurğun 135” ünvanında yerləşən (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) ərazi partiya təşkilatında iclas keçirilib.

İclasda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Maliyyə Nazirliyinin rəhbər şəxsləri, həmçinin Nazirliyin ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Çıxış edənlər müstəqil Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının rolundan danışıblar. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə məhz müstəqil Azərbaycanı zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübuta yetirib.

Daha sonra təşkilati məsələlərə baxılıb.  Maliyyə Nazirliyinin Aparat rəhbəri Natiq Həsənov ərazi partiya təşkilatının sədri seçilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının “Səməd Vurğun 135” ünvanında (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) fəaliyyət göstərən ərazi partiya təşkilatı 1999-cu ildə təsis olunub.