YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Peşə Liseyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Peşə Liseyi ərazi partiya təşkilatının sədri Nizami Əhmədov, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının üzvləri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Peşə Liseyi ərazi partiya təşkilatının sədri Nizami Əhmədov və digər natiqlər Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və milli suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Çıxışlarda vurğulanıb ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası, Azərbaycan Respublikasının Konstitusiyasının ölkənin bütün ərazilərində hüquqi qüvvəsinin təmin olunması tariximizin ən parlaq Zəfəri kimi dəyərləndirilir.

Natiqlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev ötən əsrin sonlarında bərpa edilmiş dövlət müstəqilliyimizin qorunması və əbədiliyinin təmin olunması istiqamətində müdrik və uzaqgörən addımlar atıb. Onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyası hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilib. Bu hadisə Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilib.

Tədbirdə qeyd olunub ki, Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin xalq olduğu bəyan edilib. Konstitusiyada insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi dövlətin ali məqsədi kimi təsbit olunub. Bu isə bu gün dünya birliyində özünə layiqli yer tutan müstəqil Azərbaycan Respublikasının demokratik imicini daha da möhkəmləndirib.

DİGƏR Xəbərlər Arxiv