Xəbərlər
Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edəcəklər

İyunun 10-da Brüssel şəhərində (Belçika) Planlaşdırma və Analiz Prosesi üzrə 28+1 formatında qiymətləndirmə görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qiymətləndirmə görüşündə Azərbaycan Respublikası Silahlı Qüvvələri nümayəndələri də iştirak edəcəklər.