YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Zəfər Gününə həsr olunmuş tədbir baş tutub

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Mədəniyyət sektoru və Musiqi məktəbi ərazi partiya təşkilatları ilə birlikdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirib.

Tədbirlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar və gənclər iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.

 YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Mədəniyyət sektoru ərazi partiya təşkilatının sədri Vüsal Rzayev, Musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva, QƏQİB Göygöl filialının sədri Araz Abbasov və digər natiqlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, xalqımızın qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsində Ordumuzun gücünü və xalq-Prezident-Ordu birliyini vurğulayıblar.

Çıxışlarda həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının əhəmiyyəti qeyd olunub.

Vurğulanıb ki, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam bərpa edib və bununla Cənubi Qafqazda sülhün bərqərar olması üçün əsaslı zəmin yaradılıb. 2023-cü il oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldması müasir tariximizin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirilib.

Tədbir bədii hissə ilə davam edib, vətənpərvərlik ruhunda mahnılar ifa olunub, rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv