YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə Zəfər Günü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, şəhid valideynləri İlham Cabbarov, Etibar Cəfərov, Sevda Şıxıyeva, Aybəniz Abdullayeva, Qızbəs Abbasova, Nərgiz Vəkilova, şəhid xanımı Mətanət Ələsgərova, eləcə də Vətən müharibəsi qaziləri Ceyhun Əliyev və Orxan Babayev çıxış edərək bildiriblər ki, beş il əvvəl xalqımızın birliyi, ordumuzun gücü və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfər xalqımızın əbədi milli iftixarına, dövlətçilik və qəhrəmanlıq simvoluna çevrilmişdir. Bu Zəfər sayəsində xalqımızın otuzillik nisgili sona çatmış, torpaqlarımız azad edilmiş, şəhidlərimizin qisası döyüş meydanlarında alınmış, ədalət bərpa edilmişdir. Qələbə hər bir azərbaycanlının qəlbində Vətən sevgisini, dövlətə sədaqəti və milli birliyi daha da möhkəmləndirib.

Sonda “Vətən müharibəsi salnaməsi” adlı sənədli film nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv