YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

Şəmkirdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir öncəsi iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Memorial Abidə Kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər.

YAP Şəmkir rayon təşkilatının və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən danışıb. O bildirib ki, qəhrəman hərbçilərimizin şücaəti və şəhidlərimizin qanı sayəsində Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu, hərbi texnikasını və canlı qüvvəsini məhv edərək Ermənistan mifini də sındırdı.

Rəşad Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımıza qələbəni bəxş edən müzəffər Orduya çevrildiyini vurğulayıb. O qeyd edib ki, 44 günlük müharibənin əsas qəhrəmanları gənc hərbçilərimiz olub və onların fədakarlığı, qəhrəmanlığı tarix yazıb. Hər bir yaralanmış əsgərin yarası hər bir azərbaycanlının yarasıdır, hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyünü bərpa edib. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovduq, ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət olaraq əbədi yaşayacaq”.

Vətən müharibəsi iştirakçısı, Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi Hüseyn Şamilli çıxışında Ordumuzun və Şəmkir gənclərinin qəhrəmanlığından danışıb. O bildirib ki, müharibə dövründə Prezident İlham Əliyevin nitqləri ordumuza əlavə güc verirdi və xalqı qürurla durmağa ruhlandırırdı.

Tədbir Şəmkir Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən hazırlanan rəngarəng konsert proqramı ilə davam etdirilib.