Xəbərlər
Qazaxıstan Respublikası müdafiə nazirinin Azərbaycana rəsmi səfəri planlaşdırılır
Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovun Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 21-də başlanması nəzərdə tutulan səfər çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.
Səfər aprelin 22-dək davam edəcəkdir.