YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Regionların qazlaşdırılması və nəticə etibarı ilə regionların sosial – iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramın icrası ən vacib məsələlərdən biridir

Müsahibimiz “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev

- Əkbər müəllim, 2017-ci il Azərbaycanın social-iqtisadi həyatı üçün bir sıra uğurlarla yadda qaldı. Ötən il “Azəriqaz” İB tərəfindən qaz təsərrüfatının inkişafı ilə bağlı hansı işlər görülüb?

- Ötən illərdə olduğu kimi 2017-ci il ərzində əvvəlki illərdə başlanılmış layihələr davam etdirilməklə yanaşı, yeni layihələrə də start verilmişdir. Həyata keçirilən layihələr, eləcədə təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri qaz təsərrüfatının müasirləşməsini və yenidən qurulmasını sürətləndirməklə yanaşı istehlakçıların fasiləsiz və dayanıqlı təbii qazla təmin olunmalarında mühüm rol oynamışdır.

Onu da bildirim ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nauyğun olaraq 2017-cı il ərzində təbii  qaz  təminatının  keyfiyyət  göstəricilərinin yaxşılaşdırılması,  qazın  uçot  sisteminin təkmilləşdirilməsi, qaz təsərrüfatının idarə olunmasında mövcud informasiya-kommunikasiya  texnologiyalarının  tətbiqi,  qazla  təmin  edilən  istehlakçı  sayının  artırılması,  bilavasitə  qaz  təsərrüfatı ilə  məşğul  olan  qurumların  maddi-texniki bazasının  möhkəmləndirilməsi və s. tədbirlər də həyata keçirilmişdir.

Əhalinin təbii qazla təmin edilməsi işlərinin  icrası əsasən ölkənin mövcud qaz şəbəkəsi sisteminin təkmilləşdirilməsi, zəruri hallarda onun ayrı-ayrı hissələrinin yenidən qurulması, avadanlıqların yeniləşdirilməsi və istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji, texniki tədbirlərin görülməsi, yeni qaz kəmərlərinin tikintisi və zəruri avadanlıqların quraşdırılması və payız-qış mövsümündə tələbata uyğun səviyyədə qazın verilməsinə yönəldilmiş işlərdə davamlı şəkildə aparılmışdır.

Ölkənin bütün regionlarının  qazlaşdırılması, əvvəllər  qazla  təmin  olunmuş, lakin sonradan qaz təchizatı dayandırılmış  bölgələrin  qaz  təchizatının  bərpası, yeni  yaşayış  məntəqələrinə  və yaşayış  massivlərinə təbii  qazın verilməsi  və  nəticə etibarı  ilə  regionların  sosial – iqtisadi  inkişafının  sürətləndirilməsinə  dair  proqramın  icrası da ötən il ən  vacib  məsələlərdən  biri olmuşdur.

2017-ci il ərzindədə əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir. Yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, ötən il ərzində Ağcabədi rayonu 78.1 km, Bərdə rayonu 103.5 km, Beyləqan rayonu 101.9 km, Biləsuvar rayonu 259.47 km, Göyçay rayonu 118.49 km, Göygöl rayonu 144.22 km, Kürdəmir rayonu 43.58 km, Lerik rayonu 44.02 km, Masallı rayonu 110.32 km, Quba  rayonu 42.02 km, Saatlı rayonu 158.85 km, Sabirabad rayonu 68.55 km, Şəki  rayonu 80.5 km, Ucar rayonu 155.96 km, Xaçmaz rayonu 213.03 km və s. uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və kənddaxili qaz xətləri çəkilmişdir.  

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2017-ci il ərzində 1886 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 km qaz kəməri əsaslı təmir olunmuşdur. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir.

- Qazlaşdırılmış və ya qaz təminatı bərpa edilmiş yaşayış məntəqələri üzrə ötən il nə qədər  abonent qeydiyyata alınmışdır?

- Ümumilikdə, istehlakçilarin fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatmışdır. Qeyd edək ki, 2017-cı il ərzində İB-də əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da  48 877-i Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.

Həmçinin, 01 yanvar 2018-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 468 məscid və dini məbədə təbii qazdan  istifadə üçün limit ayrılmışdır. 

Onu da bildirmək lazımdır ki, smart kart tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədi ilə yeniliklər tətbiq edilmiş və müvafiq qaydada islahatlar aparılmışdır.

2017-ci il ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 483 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdur. Bu isə ümumilikdə,21 445 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

- Layihə-smeta və texniki şərtlərin hazırlanması üzrə aparılan işlər qənaətbəxşdirmi?

- Ötən il Birlik layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini davam etdirib. Belə ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 4575 ədəd texniki şərt verilmişdir. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 110 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanmışdır.

Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülmüşdür. Ötən il ərzində “Azəriqaz” İB-nin Layihə- Konstruktor Bürosu tərəfindən 5391 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilmişdir ki, bunun da 264 kənd və qəsəbələrin qazlaşdırılması, 549 obyektlərin təmiri, 4575 sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 3 inzibati binalar, anbar binaları və s. tikinti işləri üzrədir.

2017-ci il ərzində 184 ədəd fiziki və hüquqi şəxslərin müraciətləri əsasında hazırlanan qeyri-yaşayış sahəsinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılmışdır. Bundan başqa, ötən il 495 ədəd Birliyin sifarişi ilə hazırlanmış layihə-smeta sənədi razılaşdırılmışdır.

- Ümumiyyətlə, qaz itkilərinin qarşısının alınması üçün hansı işlər görülür?

- Birlik tərəfindən ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilib. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə 2017-ci ilin yanvar-dekabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir.

Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olmuşdur.

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2017-cı ilin 12 ayı ərzində 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə Birliyin qaz təchizatı şəbəkəsində qazın itkisi azalmışdır. Qaz itkilərinin qarşısının alınması üçün bundan sonrada lazimi tədbirlərin görülməsi davam etdiriləcəkdir.

- Qaz təchizatı şəbəkəsinin ahəngdar işləməsi üçün nə kimi işlər həyata keçirilir?

- 2017-2018-ci illərin payız-qış mövsümündə istehsalatın ahəngdar işləməsini, istehlakçıların fasiləsiz təbii qaz təchizatını təmin etmək məqsədi ilə Bakı RQİD, RQİİ-lər və Sumqayıt QİS tərəfindən daxili imkanlar hesabına cari il ərzində 352,02 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilərək yenisi ilə əvəz edilmiş, 440 ədəd siyirtmə quraşdırılmış, istismara yararsız vəziyyətdə olan, eləcə də istehlakçıların təlabatına uyğun olmayan 1254 ədəd qaz tənzimləyicisi təhlükəsizlik baxımından daha yüksək texniki göstəricilərə cavab verən tənzimləyicilərlə əvəz edilmişdir. 2017-2018-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hazırlanmış tədbirlər proqramına uyğun olaraq 65549,1 p/m uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilmiş, eləcə də yeni qaz xətləri çəkilmiş, 307 ədəd qaz tənzimləyici quraşdırılmış və 151 ədəd siyirtmə yenisi ilə əvəz edilmişdir.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Qeyd edim ki, istehlakçıların dayanıqlı qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə televiziya kanallarında videoçarxlar, mətbuatda, kütləvi informasiya vasitələrində mütəxəssislərin iştirakı ilə çıxışlar, insanların kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, dayanacaqlarda elanların, plakatların, lövhələrin vurulması təşkil edilir və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda struktur bölmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, qaz tənzimləyici qurğularda tənzimləmə işlərinin aparılması, texnoloji rejimə uyğun olaraq şəbəkəyə qazın ötürülməsi daim nəzarətdə saxlanılır, abonentlərin növbədənkənar təlimatlandırılması və qaz şəbəkəsinə texniki baxışların keçirilməsi müvafiq qaydada təmin edilir.

Respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biri olmuşdur və bu istiqamətdə işlərin icrası davam etdirilir.

- Əkbər müəllim, beynəlxalq standartların tətbiqi, əməyin mühafizə olunması, işçilərin sağlamlığının qorunması, ekologiya və keyfiyyət sahəsində hansı işlər həyata keçirilib?

- Ötən il ərzində “Azəriqaz” İB-də əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizə olunması, sağlamlığın qorunması, təhlükəsizlik və yanğın texnikası qaydalarının təmin edilməsi məqsədilə “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin, Azərbaycan Respublikasının Ekologiya Qanunvericiliyinin, Beynəlxalq Standartların  tələblərinə uyğun olaraq  bir sıra  işlər görülmüşdür.

Belə ki, 2017-ci ildə Birliyin idarəetmə aparatına və tabeli təşkilatlarına yeni işə qəbul edilmiş işçilərə və praktikaya göndərilmiş tələbələrə ümumilikdə 237 nəfərə giriş təlimatı keçirilmiş və istehsalat sahələrinə göndərilmiş, eyni zamanda 280 ilkin – 976 təkrar olmaqla ümumilikdə 1256 işçinin biliyi müvafiq qaydalar əsasında yoxlanılaraq qiymətləndirilmişdir.

Birliyin struktur bölmələrində əmək şəraiti vəziyyətinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın (DFK) 2017-ci ilin iş planı əsasında Birliyin 15 tabeli təşkilatında yoxlama keçirilmiş, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülmüş və yerlərdə aidiyyəti mütəxəssislərə lazımi metodiki köməklik göstərilmişdir.

Qeyd edilən dövr ərzində Birliyin strukturuna daxil olan 15 tabeli təşkilatda 130 bənddən ibarət yoxlama proqramı əsasında əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ekologiya sahəsində və beynəlxalq standartların tətbiqi ilə əlaqədar aparılan işlərin icra vəziyyəti araşdırılaq yerlərdə aidiyyəti mütəxəssislərə köməklik  göstərilmiş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün həmin təşkilatların rəhbərlərinə rəsmi qaydada tapşırıqlar verilmişdir. Həmçinin qəza-bərpa və təmir-tikinti işlərinin yerinə yetirilməsi zamanı əməyin müafizəsi və yanğın təhlükəsizliyinə riayət olunmasına nəzarət edilməsi məqsədilə yerlərdə reydlər keçirilmişdir. Keçirilən reydlərin nəticəsi olaraq nöqsanlara yol vermiş aidiyyəti işçilərə xəbərdarlıq kartları təqdim edilmişdir.

Əmək və icra intizamının yüksəldilməsi, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına nəzarətin gücləndirilməsi məqsədilə müvafiq əmrlə təsdiq olunmuş kart sisteminə uyğun olaraq 2017-ci il ərzində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını və icra intizamını pozmuş ayrı-ayrı struktur bölmələrdə işləyən işçilərə xəbərdarlıq kartları, vəzifə funksiyalarının icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirdiklərinə və əməyin mühafizəsi sahəsində nümunəvi davranışlarına görə işçilərə isə fərqlənmə kartları təqdim edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibbi profilaktik müayinələrin təkmilləşdirilməsi haqqında” 21.01.1998-ci il tarixli 13 №-li və ARDNŞ-in “İşçilərin tibbi müayinədən keçirilməsi haqqında” 07.03.2011-ci il tarixli 27 №-li əmrlərinin icrası olaraq Birlik üzrə 2017-ci il ərzində dövri tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuş işçilərdən 574 nəfəri tibbi müayinədən keçmişdir.

Birlik tərəfindən təmir-quraşdırlma və təmir-bərpa işləri aparılan zaman işçilər tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi vəziyyətinə nəzarət edilmiş, onların xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməsi daim diqqətdə saxlanılmış və ciddi qayda pozuntularına yol verilmiş tikinti sahələrində həmin pozuntular aradan qaldırılana qədər aparılan işlər müvəqqəti olaraq dayandırılmışdır.

Bundan əlavə Birliyin istehsalat sahələrində formalaşan müxtəlif növ 80 ton tullantı çeşidlənərək “Tullantı Mərkəzi”nə,  4283,2 tona yaxın qara metal və 9,87 ton əlvan metal qırıntısı aidiyyəti üzrə təhvil verilmişdir. SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2016-2017-ci illər üzrə Tədbirlər Planı”na əsasən “Azəriqaz” İB-nin tabeli təşkilatlarında ekoloji təbliğat və maarifləndirmə işlərinin aparılması məqsədilə regional qaz istismarı idarələrində 2017-ci ildə 391 nəfər dinləyicinin iştirakı ilə ekoloji maarifləndirmə işləri aparılmış, “İnsan və ətraf mühit, ekoloji mədəniyyət”, “müasir ekologiyanın problemləri” mövzularında təqdimatlar keçirilmişdir.

İşçilərin təhlükəli və zərərli istehsalat amillərindən qorunması, zədələnmə hallarının və peşə xətəliklərinin azaldılması üçün “Azəriqaz” İB-də çalışan işçilər “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə xüsusi geyim və digər fərdi mühafizə vasitələrinin pulsuz verilməsi normaları” əsasında 2017-ci ildə 2774 dəst xüsusi geyim, 1522 cüt xüsusi ayaqqabı, 6587 ədəd müxtəlif təyinatlı fərdi mühafizə və xilasedici vasitələrlə təmin edilmişdirlər. SOCAR-ın Əmək şəraiti normalarının işlənilməsi İdarəsi tərəfindən “Azəriqaz” İB üzrə 268 zərərli hesab edilmiş iş yeri müəyyən edilmiş, həmin yerlərdə işləyən fəhlə və qulluqçulara pulsuz süd və ya eyni keyfiyyətə malik olan qida məhsullarının verilməsi qaydasına uyğun olaraq 2017-ci ildə 40409 litr süd məhsulu verilmişdir.

2017-ci ildə də  Tabeli təşkilatlarda həyata keçirilən ayrı-ayrı işlərin vahid formada icra olunmasının təmin edilməsi və işçilərin öyrədilməsi, habelə təcrübə mübadiləsinin təşkili üçün “İstehsalat xarekterli işlər üzrə təlimlərin təşkili və təcrübə mübadiləsi haqqında” 27.04.2017-ci il tarixli SOCAR172900030300040020A00270 saylı saylı əmrin icrası olaraq TESİEŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş qrafik və müxtəlif mövzular əsasında 11 tabeli təşkilatlarda təlimlər təşkil olunmuşdur. Təlimlərdə ümumilikdə 462 nəfər mühəndis-texniki işçinin maarifləndirməsi həyata keçilirmişdir. Təlimlər qrafikdə nəzərdə tutulmuş hər bir mövzu üzrə video slaytlar şəkilində hazırlanmış və yerlərdə keçirilən təlimlərin Birliyin rəhbərliyi tərəfindən video görüntü şəklində izlənilməsi həyata keçirilmişdir.

Ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə yaşaması istiqamətində aparılan işlər sırasında yaşıllaşdırma işlərinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirilmiş və 2017-ci ildə 2250 ədəd müxtəlif növ ağac tingləri,  dekorativ kollar və güllər əkilmişdir.

“Azəriqaz” İB-də tətbiq edilən Beynəlxalq standartlar üzrə 2017-ci ilin birinci yarımilliyində ISO 10002 və ikinci yarımilliyində digər ISO 9001, ISO 14001, OHSAS 18001 və ISO 50001 standartlarının tələblərinin inkişaf etdirilməsi və istehsalat sahaləri üzrə tətbiqinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış audit qrupu tərəfindən Birliyin 39 struktur bölmə üzrə daxili audit keçirilmişdir. Audit nəticəsində 3 ədəd ISO 10002 və 20 ədəd isə digər 4 standart üzrə düzəldici-önləyici fəaliyyət açılmış və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmışdır. Eyni zamanda hər bir standart üzrə 2017-ci ildə Türk Standartları institutu tərəfindən ikinci tərəf xarici audit keçirilmiş və Birlik üzrə həyata keçirilmiş işlərin beynəlxaql standartların tələblərinin uyğun olduğu qeyd edilmiş və müsbət qiymətləndirilmişdir.

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının əməyin mühafizəsi, etraf mühitin qorunması və təhlükəsizlik texnikası üzrə bilik səviyyələrinin artırılması məqsədilə il ərzində tələbat üzrə Birliyin tabeli təşkilatlarda çalışan 14 nəfər  aidiyyəti işçisi SOCAR-ın Təlim, tədris və sertifikatlaşma İdarəsində təlimlərə cəlb edilmişdir.

Ümumilikdə Birlik üzrə əməyin mühafizəsi sahəsində həyata keçirilmiş qabaqlayıcı və maarifləndirmə işlərinin nəticəsində ötən il ərzində Birlikdə insan itkisi ilə nəticələnən hadisələr baş verməmişdir.

- “Azəriqaz” İB-nin “ASAN xidmət”lə və “ASAN Kommunal”la əməkdaşlığı hansı səviyyədədir?

- SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin etmişdir.

Ötən ilin yanvar-dekabr ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Komunal”, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Sumqayıt və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 262 666 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur.

Onu da bildirim ki, Birliyin Bakı şəhəri və Abşeron rayonu üzrə xidmət sahələrində istehlakçılara göstərilən bütün xidmətlər artıq “ASAN Kommunal”mərkəzləri vasitəsilə həyata keçirilir.

Əsas hədəfimiz və məqsədimiz “ASAN Kommunal”mərkəzləri vasitəsilə abonentlərə yüksək səviyyədə xidmətin göstərilməsi, həmçinin  regionlarda açılacaq “Asan kommunal”mərkəzlərində Azəriqaz İB tərəfindən müvafiq xidmətlərin təşkilidir.

Sonda qeyd edim ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətlərdə fəaliyyətini bundan sonrada davam etdirəcəkdir.