MÜSAHİBƏLƏR
Azərbaycan sahibkarlığın inkişafı üçün münasib ölkədir
- Məmməd müəllim, ilk öncə Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə ürək sözlərinizi dinləmək istərdik.
- Xalqımızı, bütün partiya üzvlərini və təəssübkeşlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm !
Bildiyiniz kimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılaraq Azərbaycanın mütərəqqi ziyalılarını bir yerə toplamış, onların təşkilatlanmasını təmin etmişdir.
Ulu Öndərin rəhbərliyi ilə yaranmış partiya qısa zamanda xalqın inam və güvənc yerinə cevrildi, sabitliyin və tərəqqinin təminatcısı rolunda cıxış etdi.
Bu gün öz sıralarında 640 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətciliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın və demokratiyanın bərqərar olunmasında və inkişafnda mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyasının siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, sıralarına üzv olmaq istəyənlərin sayı, habelə ideyalarının cəlbedici gücü ilbəil artır.
Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyasının tarixi ölkəmizin müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın əsas ideoloji dayaqları müsstəqillikdir, azərbaycancılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.
Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü münasibətilə bütün partiya fəallarını, Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edirəm.
- Azərbaycanda müasir sahibkarlığın formalaşması və inkişafı barədə nə deyərdiniz ?
- Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə 1993-cü ilin ortalarından başlamışdır.
Həmin dövdə ümümilli lider H.Əliyev demokratik həyat tərzinin diqtə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.
Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosial yönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran Dövlət Proqramlarının qəbul olunması və onların müvəffəqiyyətlə icra olunması ölkədə sahibkarlığın inkişafına münbit şərait yaratmışdır.
- Hazırda respublikamızda sahibkarlığın inkişafı hansı səviyyədədir və konfederasiya prezidenti olaraq bu inkişafdan razısınızmı?
- İlk növbədə qeyd edək ki, Azərbaycan sahibkarlığın inkişafı üçün münasib ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər.
Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.
Son 20 il ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda, respublikada tətbiq olunan vergi yükü azaldılmışdır.
Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.
Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi və 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir.
Görülmüş tədbirlərin nəticəsidir ki, 2013-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 28.0 milyard ABŞ dolları olmuş, bundan 17.5 milyardı daxili, 10.5 milyard dolları isə xarici investorların vəsaiti olmuşdur.
Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.
İqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik şaxələndirilməsi, ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, son illər ərzində aparılan islahatlar, irəli sürülən mühüm təşəbbüslər əyani şəkildə ölkənin dinamik inkişafına təkan vermişdir.
Belə ki, 2014-cü ilin 9 ayı ərzində ümumdaxili məhsul 2.5, əhalinin pul gəlirləri 5.4 faiz artmış, qeyri –neft sənayesi 6 faiz çoxalmışdır. İnvestisiyaların məbləği artmış, ilin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Regionların sosial iqtisadi inkişafı dövlət proqramı uğurla icra olunmuş, proqramın əvvəlindən bugünə qədər 1 milyon 300 min iş yeri açılmış, işsizlik kəskin formada aşağı düşmüş, sənaye ilində Azərbaycanda bir çox istehsalat sahələri açılmış, Sosial proqramlar uğurla icra olunaraq, doqquz ayda orta əmək haqqı xeyli artmışdır.
Ötən il sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmış, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 4468 sahibkarlıq subyektinə 275 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150 milyon manatı və ya təqribən 60 faizi dövlət büdcəsi, 40 faizi isə qayıdan vəsaitlər hesabına olmuşdur.
Eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, bu dövrdə kənd təsərrüfatı sahəsində 5,0 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.
Həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial –iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Ölkədə aparılan sosial – iqtisadi siyasətin strateji məqsədləri bazar münasuibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.
Həmçinin regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibakarlıq fəaliyyətinin artırılması kimi vacib istiqamətdə də əməli işlər görülür.
Konfederasiya ölkədə iş adamlarının maraqlarından cıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 60-a qədər assosiasiya və birlikləri birləşdirir.
Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlət başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır.
Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Bu işlərin görülməsi ücün digər tədbirlərlə yanaşı işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadrların hazırlanmasına ehtiyac vardır.
Bunu nəzərə alaraq, cari ilin oktyabrın 30-da Təhsil Nazirliyində özəl sektorun inkişaf etdirilməsi ücün yeni kadrların hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası Təhsil Nazirliyi ilə Anlaşma memorandumu imzalanmışdır.
Bu ilin oktyabrın 24-də Naxcıvan Muxtar respublikasında kecirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Şura iclası yüksək səviyyədə kecirilmişdir.
Məlum olduğu kimi 2009-cü ildə Azərbaycanın Naxcıvan şəhərində Türkdilli Dövlətlərin Prezidentləri tərəfindən Əməkdaşlıq Şurasının təsis edilməsi barədə qərar qəbul edilmiş və həmin təşkilatın toplantılarının kecirilməsi artıq ənənə halını almışdır. Ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dölətləri arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsi, Avro-Asya kimi böyük bir məkanda regional əməkdaşlığın genişlənməsi, birgə reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı və digər sahələri əhatə edən böyük layihələrə, üzv ölkələrin bir –biri ilə ictimai-siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə öz töhfələrini verir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti toplantısında Türkdilli Dövlətlərin ölkə Prezidentlərinin qəbul etdiyi qərarların icrasının təmin olunması məqsədilə daha səmərəli fəaliyyət göstərmək, ölkələr arasında iqtisadi münasibətlərin inkişafını stimullaşdıran tədbirlərin ardıcıl olaraq həyata kecirilməsinin təmin olunması barədə qərar qəbul olunmuşdur.
Azərbaycan Sahibkarlar Konfederasiyası 2014-cü ildə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə, Sərgilərdə, Vergilər Nazirliyinin keçirdiyi birgə seminarlarda, Xarici ölkələrdən gəlmiş iş adamları ilə görüşlərdə, Azərbaycanın rayonlarında və iqtisadi zonalarında keçirilmiş tədbirlərdə, səfirliklərdə keçirilmiş qəbulda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi elmi-praktiki konfranslarda, hüquqi məsələlərin müzakirəsində, videokonfranslarda, məzun yarmarkalarında və digər görüşlərdə yaxından iştirak etmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcəkdir.
- Sahibkarlığın inkişafı ilə bağlı əsas problemlər nədir və bu problemlərə daha çox hansı bölgələrdə rast gəlinir?
- Sahibkarlığın inkişafı ilə əlaqədar ən mühüm məsələlərdən biri də budur ki, bütün regionlarda müasir dövrün tələblərinə uyğun olaraq mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, müasir texnologiyalar tətbiq olunmaqla yeni istehsal və emal müəssisələrinin yaradılması, iqtisadiyyatın ənənəvi sahələrinin müasir üsullarla inkişafına nail olunması üzrə kompleks tədbirlər həyata keçirilsin. Təbii ki, bu tədbirlər davam etdirilir.
Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı sürətlə aradan qaldırılır və bu proses bu gün mühüm əhəmiyyət kəsb edir. Ölkədə kiçik və orta sahibkarlıq mühüm iqtisadi amilə çevrilir, yeni iş yerləri açılır, gələcəkdə də bu tendensiya sürətlə davam etdiriləcək.
Konfederasiya sahibkarların problemlərini həll edilməsində, onların maariflənməsində daima maraqlıdır.Amma regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün onların təşkilatlanmasına ehtiyac var.
Bu gün aqrokimya laboratoriyalarının yenilərinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlər verəcək kənd təsərrüfatı bankının yaradılması, drenaj- kollektır şəbəkələrinin təkmilləşməsi, tədarük satış-məntəqələrinin yaradılması, digər problemlər həlli vacib məsələlərdən sayılmalıdır.
- Sahibkarlıqla bağlı qanunvericilikdə hansı dəyişikliklərin olmasını məqsədəuyğun hesab edirisniz?
- Son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar sahibkarlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha sübut edir. Bunun bariz nümunəsi kimi, 28 avqust 2013-cü il tarixdə ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununu göstərmək olar.
Hal-hazırda isə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin və “İşəgötürənlər birlikləri haqqında” qanun layihələrinin qəbul olunması istiqamətində əməli iş aparır.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni dövrün tələblərinə cavab verən qanunvericilik bazasının yaradılması təbii ki, zəruri məsələlərdən biridir. Bu sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi, rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar əksini tapmalıdır.
Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu məqsədlə ötən il ərzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Respublikada 144 tədbir kecirilmişdir ki, onlardan 80-i regionlarda yerli iş adamlarının iştirakı ilə təşkil edilmiş, sahibkarların və gənc menecerlərin bir qrupu bilik və bacarıqlarını artırmaq, inkişaf etmiş ölkələrdə mövcud texnologiya və işin qurulması mexanizmlrini mənimsəmək məqsədilə Almaniyada müvafiq müəssisələrdə təcrübə kecmək ücün göndərilmişlər.
Qeyd etmək lazımdır ki, hazirda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir. Bütün bu sənədlərin yeni konsepsiya ilə əsaslı şəkildə əlaqələndirilməsi əldə olunan nailiyyətlərin təminatcısına cevriləcəkdir.
Ölkə sahibkarlarının maarifləndirilməsi sahəsində bir çox seminar, konfrans və dəyirmi masalar keçirilmiş, kitabçalar dərc olunaraq sahibkarlara çatdırılması təmin edilmiş, onların ölkə daxilində və xaricdə keçirilən biznes forumlarda iştirak etmələrini imkan daxilində təmin etməyə çalışmışıq.
Bu məqsədlə Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın orqanı olan “Biznes Həyatı” jurnalı müntəzəm dərc olunur. Hesab edirik ki, bu jurnal sahibkarların maarifləndirilməsi istiqamətində öz sözünü deyəcək, sahibkarların tribunasına cevriləcəkdir.
Sahibkarların maarifləndirilməsində Konfederasiyanın yeniləşmiş saytı da mühüm rol oynayır. Burada sahibkarlıq fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ hüquqi aktlar, töfsiyyələr, beynəlxalq təcrübənin öyrənilməsi və digər məlumatlar öz əksini tapır.
Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkalıq fəaliyyətinin artırılmasına xüsusi diqqət verilir.
Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur.
Biznes mühitinin yaxşılaşdırılması məqsədilə vergi məcəlləsinə dəyişiklik və əlavələr edilməsi üçün sahibkarlardan daxil olmuş təkliflər ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim olunmuşdur. Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq vergi xidmət mərkəzlərində sahibkarlara xidmət işi yaxşılaşdırılmışdır.
Konfederasiya sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkimləşdirilməsi üzrə dövlət hakimiyyəti orqanlarına təkliflər verməklə (Əmək məcəlləsinin 211-ci «Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi və 241-ci “Qadın əməyinin tətbiqi” qadağan olunan iş yerləri və işlər» maddələrinə edilən dəyişikliklər barədə) qanun və digər normativ aktların, layihələrinin hazırlanmasında və icrasında yaxından iştirak edir.
Konfederasiya Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi, Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış «İşəgötürənlər birlikləri haqqında» qanun layihələrinin qəbul olunması üçün səylər göstərir.
- Məmməd müəllim, Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının beynəlxalq əlaqəri haqqında nə deyə bilərsiniz?
- Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sahibkarlarla,dövlət orqanları ilə,yerli qurumlarla birgə işi ilə yanaşı, beynəlxalq qurumlarla o cümlədən Beynəlxalq işəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirilmişdir.
Beynəlxalq əlaqələrimiz zəngin və çoxşaxəlidir. Azərbaycandakı xarici ölkə səfirlikləri və Azərbaycanın xaricdəki səfirlikləri ilə iş, beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, beynəlxalq və ölkələr arası ikitərəfli biznes forum və sərgilərdə iştirak etmək, Azərbaycan Sahibkarlarını beynəlxalq aləmdə keçirilən tədbirlərdə təmsil etmək, Konfederasiya üzvlərinin beynəlxalq sərgi və forumlarda iştirakına yaxından kömək etmək və sair məsələlər beynəlxalq əlaqələrimizin əsas ana xəttini təşkil edir.
Kecən müddət ətzində konkret olaraq Konfederasiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlər Şurasının tədbirlərinə qatılmış, konfederasiyanın xarici ölkələrdəki yeni nümayəndəliklərinin yaradılması, mövcud olanlarla əməkdaşlığın inkişaf etdirilməsi, bir sıra beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, qeyri-hökumət təşkilatları, biznes qurumların nümayəndələri ilə işgüzar əlaqələr inkişaf etdirilmiş, Konfederasiya “Biznes Konsaltinq” MMC-nin bir sıra xarici biznes qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və birgə biznes görüşlərin təşkili həyata keçirilmiş, “Beynəlxalq Əlaqələr və xarici investisiyalı şirkətlər” komissiyasının əsasnaməsi işlənib hazırlanmış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında Biznes və İnsan hüquqları üzrə İşçi Qrupunun iclaslarında Konfederasiya təmsil olunmuşdur.
Cari ildə Konfederasiya rəhbərliyi və üzvləri Azərbaycan –Vyetnam, Macarıstan, Almaniya, Bolqarıstan, Rusiya, Polşa, Niderland, İspaniya, Çexiya, İran, Qazaxstan, Türkmənistan Biznes Forumlarında iştirak etmiş və bu tədbirlərdə perspektiv sahələr müzakirə edilmişdir.
Bu müddətdə Konfederasiya rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Mərakeş, Türkiyə, Rusiya və digər xarici ölkələrin səfirləri ilə görüşmüş, ölkələr arasında mövcud əməkdaşlıq imkanlarını müzakirə edilmişdir.
Konfederasiya ilə Avropa İnkişaf və Yenidənqurma Bankı arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair görüş keçirilmiş, Avropa İnkişaf və Yenidənqurma Bankının Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə dəyirmi masa təşkil olunmuş, Azərbaycan üzrə Strategiya sənədi müzakirə olunmuşdur.
Ümumiyyətlə Konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin Komissiyaları və təşkilatları ilə, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyası 2014-cü ildə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Biznes – Forumlarda, Beynəlxalq Sərgilərdə və digər beynəlxalq görüşlərdə yaxından iştirak etmişdir.
Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2014-cü il ərzində ölkə Sahibkarlarının iştirakı ilə Azərbaycanda 200-dən cox, xarici ölkələrdə 40-dan cox biznes forum və konfrans kecirilmiş, eləcə də qeyri–neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada kecirilmiş sərgilərdə Azərbaycan Sahibkarlarının iştirakı təmin edilmişdir.
Qeyd edim ki, son illər Konfederasiya dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 30-dan çox İşəgötürənlər Təşkilatları və Assosasiyaları ilə Əməkdaşlıq Müqaviləsi imzalamışdır. Bu müqavilələr ölkələrimiz arasında biznes əlaqələrinin genişlənməsi və daha səmərəli nəticə verməsi istiqamətində mühüm rol oynayır.
Azərbaycan sahibkarlarının xarici ölkələrə investisiya yatırması istiqamətində araşdırmalar aparılmış, bu günədək 50-yə yaxın ölkə ilə əməkdaşlıq müqaviləsi imzalanmış və bu sənədlər sayəsində faydalı əməkdaşlıq imkanları yaranmışdır.
Beynəlxalq əlaqələrimizin bundan sonra daha da genişləndirilməsini planlaşdırırıq. Hesab edirik ki, bu yolla azərbaycan sahibkarlarının istehsal etdiyi məhsulların dünya bazarına cıxarılmasını, ölkəyə yeni texnologiyaların gətirilməsini, investisiya yatırımının stimullaşdırılmasına nail olmaq olar.
- Məmməd müəllim, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizdə sahibkarlığin inkişafı ilə bağlı daha hansı təklifləri irəli sürmək niyyətindədir?
- Cari ilin fevral ayında Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə kecən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda dövlət başcısı qeyd etdi ki, “Əvvəlki dövrdə başlanmış və hazırda davam edən layihələr öz bəhrəsini verir, qeyri-neft potensialımız daha da artır, Sahibkarlığın inkişafı üçün bütün imkanlar vardır. Ümumiyyətlə ümumi daxili məhsulumuz son 8 il ərzində 3 dəfə artmışdır. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik”.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan -2020: gələcəyə baxış” inkişaf konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, növbəti 10 ildə qeyri neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur. Qarşıda duran hədəflərə nail olunması ücün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini nəzərdə tutmuşdur.
Nəzərdə tutulan strateji hədəflərə catmaq ücün konkret icra mexanizmləri və maliyyə resursları olmaqla yanaşı əlbəttə ki, peşəkarlıq da tələb olunur. Ardıcıl olaraq bu amillərə doğru gediş istənilən məsələni həll etməyə bizə imkan vərəcəkdir.
Nəzərə almalıyıq ki, özəl sektor kecən dövr ərzində artıq dayanıqlı, güclü bir sektora cevrilmiş və görüləcək tədbirlər nəticəsində daha da güclənəcək, Azərbaycanın iqtisadi baxımdan daha da güclü ölkəyə çevirilməsində öz sözünü deyəcəkdir.
Ölkə Prezidenti tərəfindən qəbul edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" da kənd təsərrüfatının bir istiqaməti olan üzümçülük və şərabçılığın kompleks inkişafına yönəlmiş və sahibkarlar ücün bu ustiqamətdə yol acılmişdır.
Haqqında qeyd etmək istədiyim məsələlərdən biri də nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Nağdsız ödənişlərin inkişafının ümumilikdə ölkə iqtisadiyyatında xüsusi yeri vardır.
Hazırda bu sahədə müəyyən işlər görülür. Lakin, hesab edirəm ki, bu gün ticarət, iaşə və başqa obyektlərdə bu işin təşkili məqsədilə post terminallar quraşdırılmalı və ödənişlərin inkişaf etmiş ölkələrdə olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir. Bu həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan yaradar, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər.
Bu işdə dövlət qurumlarının, yerli idarəetmə təşkilatlarının, ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir.
Biz “Sosial Partnyorluq” və “İşəgötürənlər birlikləri haqqında” qanunların qəbul ediməsini və sosial partnyorluq sistemini tənzimləyən Milli Sosial Şuranın yaradılmasını mümkün və vaxtı çatmış məsələ hesab edirik.
2014-cü ilin noyabrın 11-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Milli üçtərəfli sosial dialoq üzrə institisional strukturun yaradılması” mövzusunda seminar keçirilib. Bu seminarın əsas məqsədi ölkədə Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın təşkili sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən etmək idi.
Məlum olduğu kimi Azərbaycan Hökuməti, Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanmış və bu sazişlə tərəflərin vəzifələri müəyyən edilir. Lakin bu orqanlar arasında öhdəliklərin daha da uğurlu icrası ücün tərəflər arasında əlaqəli fəaliyyətin gücləndirilməsi vacibdir və Üçtərəfli Komissiyanın yaradılması bunun üçün mühüm vasitə olacaq. Komissiyanın yaradılmasında əsas məqsəd ölkədə sosial-iqtisadi siyasətin aparılmasında razılaşdırılmış ümumi prinsiplərin müəyyən olunması üçün təkliflər verilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi və sosial sabitliyin daha da möhkəmlənməsi üçün sosial dialoqun inkişafına dəstək verməkdir.
Sahibkarlığın inkişafına yaxından dəstək verilməsi məqsədilə sahə və ərazi assosasiyalarının yaradılması bizim qarşımızda duran aktual məsələlərdəndir.
Qadın sahibkarlığın inkişaf etdirilməsi, texniki peşə təhsilinin daha da yaxşılaşdırılması, ixraca dəstək verilməsi sahəsində təkliflərimiz vardır.
Bunula bağlı ölkədə sahibkarlığı daha da inkişaf etdirmək üçün xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin yenidən nəzərdən keçirilməsi və sayının azaldılması, çox illik əkmələrin, o cümlədən üzüm bağlarının və cay plantasiyalarının salınması üçün investisiya yönümlü layihələrin maliyyələşdirilməsinə verilən kreditlərin güzəştli şərtlərlə ayrılması məqsədə müvafiq olardı.
Dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Artıq sahibkarlar bunu yaxşı bilir ki, dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır. Cənab prezident yeni müəssisələrin açılışında iştirak edərək, onlarda böyük ruh yüksəkliyi yaradır. Bu da gələcəkdə daha yaxşı işləmək əzmini artırır.
Çalışacağıq ki, ildə bir günün sahibkarlar günü kimi təsis edilməsi üçün hökumət qarşısında təkliflə çıxış edək. Arzu edirik ki, Ümümmilli Lider Heydər Əliyevin 25 aprel 2002-ci ildə Sahibkarlarla keçirdiyi görüş gününün “Sahibkarlar günü” kimi qəbul edilsin. Bundan irəli gələn tədbirlərin hər il keçirilməsi təmin olunsun, “İlin ən yaxşı sahibkarı”, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv müqavilə”, “Ən yaxşı sosial-məsuliyyətli müəssisə” və sairə müsabiqələrinin keçirilməsi təşkil olunsun. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkədə özəl sektorun inkişafına dəstək olacaq yeni təşəbbüslərlə çıxış edəcəyik.
Təbii ki, Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.
Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı da əsas fəaliyyət istiqamətlərindəndir, Konfederasiya bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq cənab Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir, ölkənin dinamik inkişafına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi prosesində yaxından iştirak etməklə öz tövhəmizi verməyə hazırıq.