YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan dövləti beynəlxalq terrorizmlə mübarizədə aktiv təmsil olunur

«Bu gün Azərbaycan dövləti beynəlxalq terrorizmlə mübarizədə dünya ictimaiyyətinin səylərini dəstəkləyir, eyni zamanda, bu prosesdə aktiv təmsil olunur». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verən Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində dünyanı narahat edən bir sıra mühüm məsələləri, o cümlədən, terrorizm, beynəlxalq təhlükəsizlik problemini müzakirəyə çıxararaq başlıca məsələ və prinsipləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

«Azərbaycan öz strateji kursu ilə beynəlxalq miqyasda təhlükəsizliyinin təmin olunması, xüsusilə də terrorizmlə mübarizədə aktiv iştirak edir. Bu, ilk növbədə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə ciddi önəm verməsi ilə bağlıdır. Məhz buna görə də, bu məsələyə müstəsna əhəmiyyət verən milli dövlətlər, o cümlədən müvafiq beynəlxalq strukturlar Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər»- deyə, S.Qafarova qeyd edib.