YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq uğurla davam edir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan-İran münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi vurğulanıb.

Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Xəzər dənizində iki ölkənin Hərbi Dəniz qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi, hərbi gəmilərin qarşılıqlı dostluq səfərlərinin, müxtəlif istiqamətlərdə ekspertlərdən ibarət işçi görüşlərinin təşkili, təcrübə mübadiləsi məsələlərinə də diqqət yetirilib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi polkovnik Əmir Fərəci Moez də görüşdə iştirak edib.