YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran şirkətləri Azərbaycan iqtisadiyyatına 760 milyon dollar məbləğində investisiya yatırıb

Hazırda Azərbaycanda İran kapitallı 458 şirkət fəaliyyət göstərir. İran İslam Respublikasının şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 760 milyon dollar məbləğində investisiya yatırılıb. İran şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov noyabrın 16-da Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda bildirib.

"Azərbaycan ilə İran arasında iqtisadi, siyasi və humanitar əlaqələr yüksələn xətlə inkişaf edir. Əməkdaşlığımız faydalı, qarşılıqlı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu gün hər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi və inkişafı üçün möhkəm hüquqi baza mövcuddur", - deyə AZPROMO rəhbəri qeyd edib.