YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Terrorun nə milləti, nə də dini olur

«Terrorun nə milləti, nə də dini olur». Bu fikri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Fransada baş verənlər əsl insanlıq faciəsidir.

«Bunu qətiyyətlə pisləyirik. Eyni zamanda, Fransada baş verənlərə dünya birliyi tərəfindən necə reaksiya verilirsə, müsəlman ölkələrində baş verən terror aktlarına da eyni reaksiya verilərsə, bəlkə də bu kimi dəhşətli halların sayı azalar və insanlar ölməz»- deyə, komitə üzvü qeyd edib.