YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Dövlətimiz öz imkanlarını səfərbər edərək potensialını xeyli gücləndirib

«Hərbi amil hər zaman bir dövlətin siyasi, iqtisadi imkanlarını və mövqelərini gücləndirir. Bu, təkcə təhlükəsizlik mənası daşımır». Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, ölkəmiz təcavüzə məruz qalmasına baxmayaraq, özünü ayaqda saxlayıb və sürətlə inkişaf edir. Onun sözlərinə görə,  dövlətimiz öz imkanlarını səfərbər edərək uğurlu siyasət həyata keçirmək nəticəsində öz potensialını xeyli gücləndirib.

«Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, Azərbaycan təkcə hərbi gücünü artırmır, burada iqtisadi resurslar da müharibə üçün önəm daşıyır.  Bununla belə insani resurslar, informativ və diplomatik imkanlar və s. hamısı vahid tələbə tabe edilir. Bu mənada da düşünürəm ki, Azərbaycanın son illər hərbi resurslarının yenidən qurulması, silahlı qüvvələrinin təzədən formalaşması və daha da üst səviyyəyə gətirilməsi üçün çox böyük miqyasda işlər görülür. Bütövlükdə götürdükdə isə bütün bu məsələlər Azərbaycanın ümumi gücünə təsir edir»- deyə, komitə üzvü qeyd edib.