YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Günahsız insanları qurban seçən terrorizmə və terrorçulara haqq qazandırmaq mümkün deyil

“Yeni Azərbaycan Partiyası Fransada baş verən qanlı terror hadisəsini hiddətlə pisləyir.” Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Fransanın paytaxtı Paris şəhərində törədilmiş qanlı terror hadisələrini şərh edərkən bildirmişdir.

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, terrorizm hazırda insanlığı narahat edən əsas bəlaya çevrilib.”- deyə, qeyd edən Əli Əhmədov vurğulamışdır ki, günahsız insanları qurban seçən terrorizmə və terrorçulara haqq qazandırmaq mümkün deyil. Bütün ölkələr və xalqlar formasından, ideologiyasından, motivlərindən və yerlərindən asılı olmayaraq terrorizmin kökünü kəsmək üçün birləşmək zorundadır. Bunun alternativi insanları real ölümlə üz-üzə qoymaqdır. Ölkələr hər hansı istisnalara yol vermədən qlobal bəlaya çevrilmiş terrorizmdən tezliklə xilas olunmalıdır.

Parisdə törədilmiş terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Fransa xalqına başsağlığı veririk.