YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Komitəsinin sədri: Əsas prioritet qadınların öz hüquqlarını bilməsi, onların fəallığının artmasıdır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatların toplanmasına başlanılıb, artıq pilot layihə kimi ilkin onlayn məlumat bazası yekunlaşmaq üzrədir. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynova qeyd edib ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir. Onun sözlərinə görə, dövlətin əsas prioriteti qadınların öz hüquqlarını bilməsi, onların fəallığının artmasıdır.

«Lakin bəzi hallarda qadınlarımızın məlumatsızlığı bir çox çətinliklər yaradır. Eyni zamanda, qadınların iqtisadi cəhətdən gücləndirilməsi də mühüm məsələlərdəndir. Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar. Belə qadınlar fiziki, psixi problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə də üzləşirlər. Belə halların qarşısının alınması üçün tədbirlər görülür»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv