YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada “İtaliya və Asiya ölkələri arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək üçün siyasət və strategiyalar” mövzusunda seminar keçiriləcəkdir

İyunun 9-10-da Roma şəhərində “İtaliya və Asiya ölkələri arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək üçün siyasət və strategiyalar” mövzusunda seminar keçiriləcəkdir.

İtaliyanın Xarici İşlər Nazirliyinin himayədarlığı ilə keçiriləcək seminarda Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Yaponiyanın Baş nazirinin müşaviri, Asiya İnkişaf Bankının Tokio bürosunun direktoru Naoyuki Yoşino, İtaliyanın AGİ Agentliyinin baş icraçı direktoru Gianni Di Giovanni, Avrasiya İnkişaf Forumunun direktoru Vang Tao və digər rəsmi şəxslər, İtaliyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ekspertlər iştirak edəcəklər.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev seminarda “Azərbaycan Avropa ilə Asiya arasında tranzit vasitə kimi: Transregional əməkdaşlıq üçün imkanlar” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

İtaliyanın Honkonqdakı Ticarət Palatası və Asiya Ticarət layihəsi tərəfindən təşkil olunacaq seminarda “Asiya ölkələri arasında artım cərəyanları”, “İtaliya ilə əməkdaşlıq imkanları”, “Biznes qurumları və institutlar ilə inkişaf strategiyaları” və “Ümumi sosial və iqtisadi informasiya şəbəkəsinin yaradılması” mövzuları ətrafında müzakirələr aparılacaqdır.

Təşəbbüskarları İtaliyanın AGİ Agentliyi, Sapienza Universiteti, Roma Mediterraneo Fondu olan seminarın məqsədi İtaliya ilə Asiya ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, Uzaq Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə ticari-iqtisadi əlaqələrin yaradılması imkanları, iqtisadi və mədəni layihələrin genişləndirilməsi üçün institutların və biznes dünyasının iştirakı ilə daimi beynəlxalq şəbəkənin təsis edilməsidir.
 

 

DİGƏR Xəbərlər Arxiv