YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycanda elmin inkişafına dövlət səviyyəsində yüksək qayğı var

«Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanda elmin inkişafına dövlət səviyyəsində yüksək qayğı var. Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib. 

G.Baxşəliyeva bildirib ki, AMEA-nın 70 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyev Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı tövsiyələrini verib. Onun sözlərinə görə, alimlərimiz bu tövsiyələrdən irəli gələn vəzifələri yerinə yetirmək üçün imkanlarını daha da səfərbər etməlidirlər.

«Hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillərin müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan verib. Çünki dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir»- G.Baxşəliyeva qeyd edib.