YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Azərbaycanda insan hüquqlarının təmin olunması sahəsində son illər bir çox müsbət dəyişikliklər baş verib

«Azərbaycanda insan hüquqlarının təmin olunması sahəsində son illər bir çox müsbət dəyişikliklər baş verib». Bu fikri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi oldu. Onun sözlərinə görə, mütərəqqi haldır ki, dövlət quruculuğu tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub və insan hüquqlarının təbii hüquqlar olması göstərilib.

«Əsas Qanunumuzda həm birinci nəsil (klassik) insan hüquqları, yəni vətəndaş və siyasi hüquqlar, o cümlədən bu hüquqların tərkib hissəsini təşkil edən məhkəmə təminatı ilə bağlı hüquqlar, həm də ikinci nəsil insan hüquqları, yəni iqtisadi, sosial və mədəni hüquqlar təsbit olunub. Eyni zamanda, müəyyən mənada Konstitusiyada yeni nəsil, yəni həmrəylik hüquqları da əks olunub. Belə ki, ən mühüm həmrəylik hüququ kimi qiymətləndirilən sülh hüququ Konstitusiyada dolayısı ilə olsa da, nəzərdə tutulub. Eləcə də müəyyən qədər həmrəylik hüququ kimi dəyərləndirilən ətraf mühitin təhlükəsizliyi hüququ Konstitusiyada fərdi hüquq kimi təsbit edilib. Bütövlükdə Konstitusiyanın təhlili göstərir ki, Əsas Qanunumuz insan hüquqları fəlsəfəsinə, onun ruhuna və əsas prinsiplərinə tam uyğundur»- deyə, E.Süleymanova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv