YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hərbçiləri ABŞ, Böyük Britaniya və NATO-nun beynəlxalq təlim kurslarında iştirak edəcəklər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 9-dan başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 11-dək Bakı şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Beynəlxalq humanitar hüquq mövzusunda seminarın keçirilməsi planlaşdırılır.

İyunun 13-dək Türkiyənin İstanbul şəhərində NATO-nun Regional Kollektiv Təlim (REGEX 6) seminarında iştirak və Azərbaycan-ABŞ İş Planına əsasən Budva şəhərində (Monteneqro) "Combined Endeavor-2014" təliminin yekun planlaşdırma konfransı nəzərdə tutulub.

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 4-dək Vışkov şəhərində (Çexiya) Kiçik komandirlər üçün liderlik kursu, iyulun 18-dək isə Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Risalpur şəhərində (Pakistan) Partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə təməl kursu olacaq.

 

DİGƏR Xəbərlər Arxiv