YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyada hakimiyyət orqanları ABŞ hərbi bazası üçün aerodromun inşasına etiraz edir

Yaponiyanın Okinava prefekturasının hakimiyyət orqanları Tokionun ABŞ hərbi bazası üçün yeni aerodromun inşası ilə bağlı tövsiyəsinə etirazını bildirir. Bu barədə Okinavanın qubernatoru Takeşi Onaqa məlumat verib.

Xəbər verdiyimiz kimi, oktyabrda Okinava qubernatoru ABŞ hərbi bazasının əhalinin sıx yaşadığı Qinovan şəhərindən Henokoya köçürülməsi barədə onun xələfi tərəfindən daha əvvəl verilmiş icazəni ləğv edib.

Noyabrın 11-də jurnalistlərlə görüşən T.Onaqa bildirib ki, icazənin ləğvi qanuni və ədalətlidir.

Bunun müqabilində noyabrın 9-da dövlət torpaqları naziri Keyiçi İşii tərəfindən Okinava qubernatoruna inşaat işlərinə mane olmamaq barədə tövsiyə göndərilib. Yaponiya hökuməti Henokoda aerodromun inşası ilə bağlı işləri bərpa edib.

Mərkəzi hakimiyyətin bu addımına etiraz edən T.Onaqa jurnalistlərə deyib: “Bu, yerli özünü idarəetmənin əsas prinsiplərinə qarşı çox ciddi ədalətsizlikdir”.

Kyodo agentliyinin məlumatına əsasən, Ali Məhkəmənin məsələyə gələn həftə münasibət bildirəcəyi gözlənilir.