YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin on ayında istehlakçılara 20,4 milyard manatlıq məhsul satılıb

2015-ci ilin yanvar-oktyabr aylarında istehlakçılara 20,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10 faiz artaraq 10168,3 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,4 faiz artaraq 10224,8 milyon manata bərabər olub.

Cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil edib. Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslərdən, 8,1 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizi qeyri-ərzaq məhsullarının payına düşüb. Bu müddətdə iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 841,6 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 milyon manat təşkil edib.