YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Qasımov: AMEA cəmiyyətin sosial-iqtisadi tərəqqisinə böyük töhfələr verir

«AMEA 70 ildə şərəfli tarixi yol keçib». Bu fikri Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov deyib.

E.Qasımov bildirib ki, ölkədə elmin milli sərvət kimi formalaşdırılmasında, yüksəkixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elm cəmiyyətinin inkişafında akademiyanın müstəsna rolu var.

Azərbaycanda müstəqillik əldə edilən dövrdən dövlət tərəfindən bütün sahələrə, o cümlədən elmə böyük diqqət və qayğı göstərildiyini deyən E.Qasımov, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı strategiyasının aparıldığını və hal-hazırda bu strategiyanı uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb.

«AMEA dövlətçiliyin möhkəmləndirilməsində də mühüm rol oynayır. Eyni zamanda, akademiya  cəmiyyətin sosial-iqtisadi tərəqqisinə böyük töhfələr verir»- deyə, rektor vurğulayıb.