YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Onlayn beyin axınının qarşısının alınması üçün önəmli addımlar atılır

Onlayn beyin axınının qarşısının alınması istiqamətində Azərbaycanda önəmli addımlar atılır.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu fikri “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda çıxışında qeyd edib.

Nazir bildirib ki, bu gün dövlət başçısının həyata keçirdiyi siyasətin bir istiqaməti intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır: “Bu, yeni bir formada həyata keçirilir. Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma həmçinin investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır. Bu ümumi dövlət investisiyasından başqa müxtəlif fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır”.

Nazirin sözlərinə görə, intellektual mülkiyyətin qorunması startapların yaradılması və bu istiqamətdə aparılan işlər buna əyani sübutdur: “Burada əsas vacib məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır. Əsasən bu gün beyin axınının yeni bir formasının - onlayn beyin axınının qarşısını almaqdır. Yəni, internet üzərindən beyin axını. Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır. Biliyi, ümumiyyətlə satın almaq olar, burada patentlərin, ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir ki, bu istiqamətdə də önəmli addımlar atılır.”