YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Bu qətnamə danışıqlar prosesində vacib beynəlxalq sənəddir

«Avropa Şurası Parlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsində "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında qəbul olunan qətnamə Azərbaycan diplomatiyasının uğurudur». Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, sənəddə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququnun təmin edilməsi tələb olunur. Onun sözlərinə görə, bu qətnamə danışıqlar prosesində vacib beynəlxalq sənəddir.

«Amma ən düzgün yol işğalçı Ermənistana qarşı ciddi tədbirlərin görülməsidir. Beynəlxalq birlik tərəfindən işğalçı təzyiq göstərilməsə, sanksiyalar tətbiq olunmasa, o xoşluqla torpaqlarımızdan geri çəkilməyəcək. Azərbaycan diplomatik cəbhədə düşmənin üzərində qələbə qazanır. Əgər xoşluqla torpaqlarımızı tərk etməsələr, hərb cəbhəsində də gücümüzü daha aydın şəkildə görəcəklər»- E.Məmmədov qeyd edib.