YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mondo macchina: 2003-cü ildən etibarən Azərbaycan dinamik inkişaf yoluna qədəm qoymuşdur

Kənd təsərrüfatı sahəsində ən son xəbərlərin yer aldığı İtaliyanın “Mondo macchina” saytında Bakıda keçirilmiş “Agrihort Azerbaijan-2014” VIII Beynəlxalq kənd təsərrüfatı sərgisi ilə bağlı məqalə yerləşdirilmişdir.

Yazıda bildirilir ki, son illərdə Azərbaycan zəngin enerji ehtiyatları hesabına sürətli tərəqqiyə nail olmuşdur və hazırda bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatında böyük irəliləyişlər müşahidə edilir.Sərgi haqqında məlumatların yer aldığı məqalədə qeyd olunur ki, tədbir çərçivəsində Azərbaycanın biznes imkanlarına həsr edilmiş seminar da keçirilmişdir.

Seminarda kənd təsərrüfatı, kredit sığortası və digər sahələrdə İtaliya şirkətlərinin fəaliyyəti üçün Azərbaycan tərəfinin təklifləri və mövcud imkanlar müzakirə edilmiş, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən müəllif oxucuların diqqətinə çatdırır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğal olunmuş Azərbaycan müstəqilliyinin ilk illərində sosial-iqtisadi baxımdan ciddi çətinliklər yaşamışdır. 2003-cü ildən etibarən isə ölkə dinamik inkişaf yoluna qədəm qoymuşdur.

Müəyyən tarixi dövrlərdə Azərbaycan neftinin əhəmiyyətinin vurğulandığı məqalədə bildirilir ki, İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 80 faizi Azərbaycanın payına düşmüşdür.

Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini vurğulayan müəllif qeyd edir ki, son vaxtlar ölkənin kənd təsərrüfatı sahəsində mühüm irəliləyişlər baş vermişdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” kənd təsərrüfatının inkişafına öz töhfəsini verməkdədir.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

DİGƏR Xəbərlər Arxiv