YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin geniş tərkibdə görüşü keçirilib

Noyabrın 6-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

İrakli Qaribaşvili ölkələrimiz arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirdi.

Yenidən Gürcüstanda olmaqdan məmnunluğunu ifadə edən dövlətimizin başçısı İlham Əliyev Baş nazir İrakli Qaribaşvili ilə Bakıdakı və indiki görüşlərinin çox yaxşı göstərici olduğunu vurğuladı. Əlaqələrimizin inkişafı üçün gözəl imkanların mövcud olduğunu deyən Prezident İlham Əliyev birgə həyata keçirilən layihələrin münasibətlərimizin daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə energetika, elektroenergetika, nəqliyyat, dəmir yolu, infrastruktur, humanitar, qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edildi.

Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə də bağlı fikir mübadiləsi aparıldı.

Sonra dövlətimizin başçısı Tbilisi şəhərinin mənzərəsini seyr etdi.