YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov “Azərbaycan tarixində Heydər Əliyev zirvəsi” mövzusunda çıxış edib. O, Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlətçilik irsindən və ölkənin gələcək inkişaf strategiyasının formalaşdırılmasında müstəsna rolundan danışıb. Çıxış zamanı Heydər Əliyev siyasətinin bu gün də uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı çıxış edib. O, Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının ölkənin taleyində dönüş nöqtəsi olduğunu qeyd edib. Qeyd olunub ki, Ulu Öndərin uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şəhid anası Bibixanım Mirzəməmmədova Ulu Öndər tərəfindən Azərbaycan Ordusunda aparılan islahatlar barədə danışıb.

Doğum günü olan şəhid anaları Əzizə Səmədova, Səməngül Hüseynli YAP Xaçmaz rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Tədbir ziyafət masası arxasında insrumental ansamblın iştirakı ilə davam etdirilib.

DİGƏR Xəbərlər Arxiv