YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təşəbbüsü ilə korrupsiyanın qarşısının alınması barədə qətnamə qəbul edilib

2-6 noyabr 2015-ci tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sessiyada Azərbaycanın təşəbbüsü ilə “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə qəbul edilib.

Azərbaycanın irəli sürdüyü bu qətnaməyə Əlcəzair, Banqladeş, Braziliya, Kamboca, Fici, İndoneziya, İsrail, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Oman, Paraqvay, Peru, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Fələstin, Sudan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam həmmüəllif kimi qoşulub.

Qəbul olunmuş qətnamənin qəbulu texnoloji yeniliklər vasitəsilə səmərəli ictimai xidmətlərin göstərilməsi sahəsində Azərbaycanın "ASAN xidmət" təcrübəsinin təşviq olunması, əldə edilmiş nailiyyətlərin bölüşülməsi və müsbət yeniliklərin mübadiləsi üçün əlverişli imkanlar yaradır.

 

DİGƏR Xəbərlər Arxiv