YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Bu seçkilər demokratik inkişaf yolu tutmuş Azərbaycanın növbəti uğurlu addımıdır

«Azərbaycanda parlament seçkiləri tam demokratik şəkildə keçirildi. Buna heç kimin şübhəsi olmaya bilər. Bu faktı təkcə  yerli müşahidəçilər deyil, 27 dövlətin 40 beynəlxalq təşkilat və ekspertləri də təsdiq edirlər». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bəzi siyasi dairələr düşünürdülər ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı fərqli mövqe nümayiş etdirəcək. Amma həm Bakıdakı, həm də bölgələrdəki seçki məntəqələrində müşahidə aparmış AŞPA təmsilçiləri nəticələri müsbət qiymətləndirdilər və seçkilərin demokratik tələblərə uyğun keçirildiyini açıqladılar. Bildirdilər ki, vətəndaşlara öz seçki hüququnu həyata keçirmək üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər xüsusilə, məntəqələrdə kameraların quraşdırılmasına diqqət çəkirlər və bunu şəffaflığın təminatı hesab edirlər.

«Demək olar ki, bütün xarici müşahidəçilər eyni sözü dedilər və proses barədə müsbət rəy verdilər. Hesab edirəm ki, bu seçkilər demokratik inkişaf yolu tutmuş Azərbaycanın növbəti uğurlu addımıdır. Çünki hər şey qanun çərçivəsində idi»- deyə, politoloq qeyd edib.

DİGƏR Xəbərlər Arxiv