YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlkin Məcidov: Dərman vasitələrinin qiyməti əhəmiyyətli dərəcədə aşağı salınıb

Tarif Şurası tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunun nəticəsində satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 50% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 26% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınmış, bütövlükdə isə, həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilib. Bunu bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib. 

İ.Muradov bildirib ki,  məsələn, təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətləri 6-8 dəfə aşağı salınıb. 

“Şuranın son qərarı ilə həmçinin, öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və s. ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilib” - deyə, İ.Məcidov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv