Xəbərlər
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi: Yeni parlament İran-Azərbaycan əlaqələrinin daha da inkişafina təkan verəcək

Azərbaycanda yeni parlamentin formalaşması rəsmi Tehran ilə Bakı arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişafına təkan verəcək.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfğam xarici jurnalistlər üçün Tehranda keçirdiyi ənənəvi mətbuat konfransında deyib.
Nazirliyin rəsmisi parlament seçkilərinin sabitlik şəraitində və qanunauyğun keçdiyini bildirib, bu münasibətlə Azərbaycan dövlətini və xalqını təbrik edib.