YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Giorgi Marqvelaşvili: Azərbaycanın inkişafında Prezident İlham Əliyevin rolu vacib və əhəmiyyətlidir

Biz müasir Azərbaycanın daha da inkişaf etdiyinin şahidiyik. Bu yenidənqurma prosesində Prezident İlham Əliyevin rolu vacib və əhəmiyyətlidir.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı ölkəmizdə uğurla keçirilən son parlament seçkilərinin bunu bir daha sübuta yetirdiyini vurğulayıb.

Giorgi Marqvelaşvili Azərbaycan parlamentinə keçirilən seçkiləri yüksək qiymətləndirərək deyib: “Fürsətdən istifadə edərək, dost ölkənin daha da inkişaf etməsi və çiçəklənməsi istiqamətində atılan bu vacib addım münasibətilə cənab Prezidenti və Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq”.

Gürcüstan Prezidenti əmin edib ki, Gürcüstan həmişə dost Azərbaycanın yanında olacaq, ölkələrimiz arasında strateji əməkdaşlıq dəyişməz olaraq qalacaq.