YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Sammit zamanı aparılan müzakirələr və verilən qərarlar türk birliyinin güclənməsinə öz töhfəsini verəcək

«Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə görüşünün keçirilməsi çox önəmli hadisədir. Bu sammit zamanı aparılan müzakirələr və verilən qərarlar türk birliyinin güclənməsinə öz töhfəsini verəcək». Bu fikirləri Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, ümumiyyətlə, türkdilli ölkələr arasında münasibətlərin daha da güclənməsi istiqamətində önəmli addımlar atılır. Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və fəaliyyəti də bu prosesin tərkib hissəsidir. 

«Faktlar göstərir ki, artıq türk dövlətləri özlərinin birgə yaratdığı təşkilatlarla dünyaya çıxırlar. Ümumiyyətlə, qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır» - deyə, işçi qrupunun rəhbəri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv