YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

Dövlətimizin başçısı Baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdi.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən Türkiyə Respublikasının Baş naziri öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.