YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı deputat : Seçkilər tam azad şəraitdə keçib

Fransa Milli Məclisinin üzvü, Fransa-Azərbaycan Dostluq qrupunun rəhbəri Mişel Vuazen Secki-2015.az saytına Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı təəssüratlarını bölüşüb.

Fransız deputat Bakıda bir çox seçki məntəqəsində səsvermə prosesini izlədiyini və müşahidələr zamanı heç bir qanunazidd hal qeydə alınmadığını bildirib.

Deputat səsvermənin sakit və mədəni şəkildə keçdiyini, bəzi məntəqələrdə izdihamın müşahidə olduğunu qeyd edib. Ümumilikdə isə o, seçkiləri tam azad və qanunauyğun hesab edib.