YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin müşahidə missiyası seçkiləri yüksək qiymətləndirib

Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmiş Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin missiyası bu gün seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Secki-2015.az saytı xəbər verir ki, vəqfin sədri Akkan Suver Bakı və Sumqayıt şəhərlərində müşahidə apardıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkisi Qərb dünyası üçün bir nümunədir. Azərbaycanda çağdaş, mədəni və demokratik seçki keçirildi.

Vəqf sədri qeyd edib ki, parlament seçkiləri zamanı nizam-intizam yüksək səviyyədə olub: “Bu seçki 24 ildir ki, müstəqil olan Azərbaycan üçün böyük uğurdur. Biz insanların ailəvi şəkildə seçkilərə getdiyinin şahidi olduq. Bu da çox sevindirici haldır. Seçkidə tətbiq olunan veb-kamera sistemi isə şəffaflığın yeni modelidir. Bu sistem heç Türkiyədə yoxdur”.  
 
A. Suver qeyd edib ki, dünən Türkiyədə də seçki baş tutdu. Biz iki gözəl bayramı qeyd edirik. Onun sözlərinə görə, Azərbaycan son illər böyük uğurlara imza atır. Bu il Bakıda ilk Avropa Oyunlarının keçirildiyini xatırladan A.Suver deyib ki, belə bir möhtəşəm tədbirin keçirilməsi bütövlükdə türk dünyası adına iftixardır.  O, bəzi beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı təzyiqlərinin də əsassız olduğunu bildirib.

Mətbuat konfransında, həmçinin müşahidə missiyasının üzvlərindən Fatih Saraçoğlu, Şamil Ayrım və başqaları çıxış edərək seçkilərin nəticələrini yüksək qiymətləndirirək, seçkiləri bütövlükdə Azərbaycan xalqının qələbəsi kimi dəyərləndiriblər.