Xəbərlər
GUAM-ın baş katibi: Azərbaycandakı seçkilər beynəlxalq hüquq normalarına cavab verir

Azərbaycanda parlament seçkiləri beynəlxalq hüquq normalarına cavab verir. Secki-2015.az saytı xəbər verir ki, bu sözləri GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.
O qeyd edib ki, GUAM PA nümayəndələri Bakıda bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər.
V.Çeçelaşvilinin sözlərinə görə, Sumqayıt şəhərində də seçkilərin gedişini müşahidə edəcəklər.
O bildirib ki, yerli müşahidəçilərin fəallıq göstərməsi çox vacibdir.