YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov Rusiya Dövlət Dumasının və İctimai Palatanın üzvləi ilə görüşdü

Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın qəragahında Azərbaycanda  parlament seçkilərinin səsvermə prosesini izləyən Rusiya Federasiyasının  Dövlət Dumasının və RF İctimai Palatasının üzvləri ilə görüşdü.

Əli Əhmədov ölkəmizdə növbəti parlament seçkilərinin keçirildiyini, prosesin demokratikliyini, şəffaflğını və beynəlxalq standartlara uyğun təşkilini təmin etmək üçün zəruri olan bütün addımların atıldığını bildirdi. Vurğuladı ki, seçkilərə xeyli sayda  partiyalar qatılıb ki, onlardan biri  ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasıdır.

Partiyanın seçkilərdə 116 namizədlə iştirak  etdiyini  qeyd edən Ə.Əhmədov yüksək nəticənin əldə ediləcəyinə böyük inam olduğunu bildirdi. Ə.Əhmədov partiyanın seçkilərdə qələbəsini təmin edən resursları açıqladı.

Bildirdi ki, YAP-ın Sədri və ölkə Prezidenti İlham Əliyevin gördüyü işlər,  həyata keçirdiyi siyasət, Azərbaycan xalqının bu siyasətə dəstəyi sözsüz ki,  Yeni Azərbaycan Partiyasının seçkilərdə şansını daha da artırır. Uğurlu daxili və xarici siyasətin nəticələri ölkəmizin bugünkü reallıqlarıdır.

Ə. Əhmədov  partiyanın növbəti resursu kimi, cəmiyyətdə artan mövqeyini qeyd etdi. Bildirdi ki, görülən işlər partiyanın bu gününə və gələcyinə inamı şərtləndirir.

Rusiyadan olan müşahidəçilər Azərbaycanda  seçki prosesinin demokratikliyini, şəffaflığını təmin etmək üçün görülən işlərdən razılıqlırını bildirdilər.

Görüşdə YAP-ın icra katibinin müavini Mübariz Qurabanlı iştirak edirdi.  

DİGƏR Xəbərlər Arxiv