YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İCAPP müşahidə missiyasının üzvü: Azərbaycanda parlament seçkiləri vətəndaşların fəallığı ilə müşayət olunur

Azərbaycanda keçirilən parlament seçkiləri vətəndaşların fəallığı ilə müşayət olunur. Bunu əməkdaşımızla söhbətində İCAPP müşahidə missiyasının tərkibində parlament seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Pakistan parlamentinin üzvü Mir Kaheer Ahmed bildirib. Onun sözlərinə görə, istirahət  günü olmasına baxmayaraq, vətəndaşlar artıq səhər saatlarından seçki məntəqələrinə gələrək, öz bəyəndikləri namizədlərə səs verməyə başlayıblar.

«İndiyədək Nəsimi rayonunda bir sıra seçki məntəqələrdə olmuşuq,hamısında da seçicilərin yüksək aktivliyini görmüşük. Səsvermə prosesini yaxından izləmişik. Heç bir qanun pozuntusuna rast gəlməmişik. Məntəqələrdə seçki prosesini izləyən müşahidəçilər üçün çox əlverişli şərait yaradılıb. Həmçinin KİV nümayəndələri də prosesi fəal şəkildə izləyirlər. Düşünürəm ki, seçkilər günün sonunadək belə deməkratik şəraitdə davam edəcəkdir»,-deyə Mir Kaheer Ahmet  bildirib.

Onun sözlərinə görə baş çəkdikləri seçki məntəqələrinin lazımi avadanlıqlarla təminatı seçkilərin demokratik və ədalətli şəkildə keçirilməsi üçün tam zəmin yaradır. «Olduğumuz seçki məntəqələrində təkcə seçicilərlə deyil, eyni zamanda seçki prosesini yaxından izləyən müşahidəçilərlə də söhbət etdik. Onlar seçki prosesinin gedişindən razılığını ifadə etdilər. Xatırladım ki, müşahidəçilər arasında müxalifət partiyalarını təmsil edən şəxslər də var idi. Bu isə Azərbaycanda parlament seçkilərin çox yüksək səviyyədə keçirilməsindən xəbər verir»,-deyə Mir Kaher Ahmet vurğulayıb.