Xəbərlər
Avstraliyalı müşahidəçi seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini deyir

Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Lyuk Simpkins Azərbaycanda parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini deyib.
Deputat bildirib ki, rəhbərlik etdiyi müşahidə missiyasının üzvləri Abşeron rayonunda və Bakıda bir sıra seçki məntəqələrində olublar. Müşahidəçilər hələ heç bir qanun pozuntusu qeydə almayıblar.
Lyuk Simpkins vurğulayıb ki, havanın soyuq olmasına baxmayaraq məntəqələrdə seçici fəallığı müşahidə edilir.