YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamboca Xalq Partiyasının nümayəndələri Tekret Samraç və Kut Çandara 29 saylı Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində oldular

29 saylı Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsinin sədri Tünzalə Mikayılova bildirdi ki, məntəqənin 1304 seçicisi var. Səhər tezdən seçicilər aktiv şəkildə səs vermədə iştirak edirlər.

Yerli mühşahidəçilər Əzizova Aida, Ağayeva Sevda, Nəcəfova Svetlana bildirdi lər ki, seçkilər qaydalara uyğun keçirilir. Heç bir qanun pozuntusuna rast gəlmədik. Seçicilər sərbəst şəkildə öz səslərini istədikləri namizədə verirlər.

Xarici müşahidəçilərdən Kamboca Xalq Partiyasının nümayəndələri Tekret Samraç və Kut Çandara bildirdilər ki, ümidvarıq ki, demokratiya və şəffaf seçkilər uğrunda Azərbaycanın atacağı hər bir addım onu daha da irəli aparacaq: “Seçkilərin Azərbaycan xalqına, millətinə xeyrli olmasını arzulayıram. Azərbaycan demokratik dəyərlərin qorunması baxımından önəmli addımlar atır. Bizim müşahidəçilərimizlə yanaşı, məntəqədə digər müşahidəçilər də var idi və onlar da seçki prosesindən razılıqlarını bildirdilər. Gün ərzində xeyli seçki məntəqəsində olduq və heç bir pozuntu müşahidə etmədik. Ümumiyyətlə, deyə bilərəm ki, seçki prosesi normal keçdi. Azərbaycanda seçkilərin şəffaflığı bəzi Avropa ölkələrində keçirilən seçki prosesindən daha üstündür. Ölkənizdə seçki ab-havası var və bu seçicilərin fəallığının, seçkiyə olan maraqlarının göstəricisidir.”