YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan parlamentinin üzvü Nuzhat Sadiq: Azərbaycanın seçkilər daha müasir texnologiyalarla aparılır

Azərbaycanda keçirilən seçkilər bir sıra Asiya ölkələri üçün nümunə ola bilər. Bunu İCAPP müşahidə missiyasının tərkibində parlament seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Pakistan parlamentinin üzvü xanım Nuzhat Sadiq bildirib. Onun sözlərinə görə, parlament seçkiləri çox yüksək səviyyədə təşkil olunub və tam demokratik şəraitdə keçirlir.

«Seçki məntəqələrinin lazımi texniki avadanlıqlarla təchizatı yüksək səviyyədə təşkil olunub. Namizədlərin təmsilçiləri və müşahidəçilər üçün məntəqələrdə əlverişli şərait yaradılıb. Seçki prosesini yaxından izlədiyimiz Nəsimi rayonundakı seçki məntəqəlrində seçici aktivliyi müşahidə olunurdu.Vətəndaşlar heç bir maneə, yaxud polisin müdaxiləsi olmadan məntəqələrə gələrək istədikləri namizədlərə səs verirdilər. Ümumiyyətlə, səsvermə başlayandan şəhərin müxtəlif istiqamətlərində səsvermə məntəqələrində olmuşuq. Bu ərazidə seçki prosesinə müdaxilə edən hər hansı bir şəxs görməmişik. Seçkilər tam demokratik şəraitdə keçir»,-deyə Nuzhat Sadiq vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda keçirlən parlament seçkiləri daha müasir texnologiyalar və üsullarla aparılır. «Məsələn, Pakistanda keçirilən seçkilərdə seçiçilərin barmaqlarına mürəkkəb çəkilir ki, o, təkrar digər məntəqələrdə səsvermədə iştirak edə bilməsin. Bu metod seçicilər üçün müəyyən mənada diskomfort yaradır. Azərbaycanda isə bu, daha müasir üsulla aparılır, seçicilərin barmaqlarına xüsusi şəffaf məhlul vurulur ki, bunu yalnız ultrabənövşəyi şüalar vasitəsi ilə müəyyən etmək mümkündür. Düşünürəm ki, bu təcrübəni Asiya dövlətlərində də geniş yaymaq faydalı olardı»,-deyə pakistanlı deputat vurğulayıb.