YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamlı seçicilər seçkilərdə fəal iştirak edirlər

Azərbaycan Respublikasınının Beşinci Çağrış Milli Məclisə seçkiləri Ağdam rayonunda uğurla davam edir. Bunu YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev deyib.

Onun sözlərinə görə, Ağdam rayonu üzrə 4 seçki dairəsində -  97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsində fəaliyyət göstərəcək 25 seçki məntəqəsində 10759 seçici, 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə 46 seçki məntəqəsində 39422 seçici, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 42 seçki məntəqəsində 41236 seçici, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 16 seçki məntəqəsində 10455 seçici var. Bu günki tarixdə bütövlükdə 4 seçki dairəsinin 129 seçki məntəqəsi üzrə 101872 seçici var: «Onu da deyim ki, bu gün səhər saatlarından başlayaraq seçki məntəqələrinə əhalinin kütləvi şəkildə axını müşahidə edilir. İlk dəfəsəsə verən seçicilər cox böyük həvəslə seçki kampaniyasında fəal iştirak edirlər» .