Xəbərlər
Azərbaycanın Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatına üzvlüyü müzakirə edilmişdir
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi Celal Ünver və APSCO-nun baş direktoru Murat Yaşar Bayrak ilə görüşmüşdür.
Əli Abbasov Azərbaycan peyk sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kosmik sənayenin yaradılması və inkişafına dair Dövlət Proqramının icrası, telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində aparılan cari işlər və bu sahədə perspektiv planlardan söz açmışdır.
Daha sonra “Dünya peyk klubu”na üzv olduqdan sonra Azərbaycanın fəallığını yüksək dəyərləndirən APSCO rəsmiləri ilə ölkəmizin sözügedən təşkilata üzvlüyü müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, üzvlük prosedurunu əks etdirən müvafiq sənədlər Azərbaycana təqdim edildikdən və yerli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra üzvlük məsələsinə baxılacaqdır.