YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Perenciyev: "Rusiya Azərbaycan xalqının istənilən seçiminə hörmətlə yanaşacaq"

“Rusiya Azərbaycandakı parlament seçkilərinə müstəqil ölkədə normal demokratik proses kimi yanaşır”. Secki-2015.az saytına açıqlamasında siyasi elmlər namizədi, Rusiya İqtisad Universitetinin sosiologiya və politologiya kafedrasının dosenti Aleksandr Perenciyev belə deyib.

O bildirib ki, Rusiya Azərbaycan xalqının istənilən seçiminə hörmətlə yanaşacaq: “Əsas odur ki, seçkilər Azərbaycan qanunvericiliyinə uyğun keçirilsin”.

Qərbin seçkiöncəsi təzyiqlərinə gəlincə politoloq deyib ki, ABŞ və Avropada güman edirlər ki, rəsmi Bakı NATO-nun forpostu olmalıdır: “Qərbin hazırki strategiyası Xəzər regionunda təsir imkanlarını genişləndirməkdən ibarətdir. Digər tərəfdən, Moskva ilə Bakının yaxınlaşması Qərbin düşüncəsinə görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ilə nəticələnə bilər. Bu da bizim qərbli tərəfdaşlarımızı narahat edir”, -  deyə Aleksandr Perenciyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv