YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsindən namizədliyini irəli sürdüyü Bəxtiyar Sadıqovun seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasınının 119 saylı Ağdam kənd seçki dairəsindən namizədliyini irəli sürüldüyü Sadıqov BəxtiyarYusif oğlunun seçicilərlə görüşləri davam edir. Belə görüşlərdən biri oktyabrın 28 –də Ermənistan silahlı qüvvələri ilə ilə təmas xəttinin beş addımlığında yerləşən Çəmənli kəndində gerçəkləşmişdi.

Kənd sakinləri qarşısında çıxış edən Bəxtiyar Sadıqov ötən Parlament seçkilərindən sonra dövlətimizin nail olduğu dinamik sosial-iqtisadi inkişafdan ətraflı danışmışdır. Deptatlığa namizəd qeyd etmişdir ki, Respublika Prezidenti cənab İlham Əliyev hər zaman Qarabağa və Qarabağlılara xüsusi qayğı, isti münasibət göstərir. Bu davamlı qayğının göstəricisidir ki, bölgədə bütün yaşayış məntəqələri tamamilə qazlaşdırılmışdır. Dövlətin qayğısı ilə kəndarası yollar əsaslı şəkildə yenidən qurulmuşdur. Elektrik enerjisinin verilməsi sahəsindəki problemləri tamami ilə aradan qaldırılmışdır. Əkinlərin suvarma suyuna , əhalinin içməli suya olan ehtiyacının yüksək səviyyədə ödənilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Deptatlığa namizəd Bəxtiyar Sadıqov görüş  iştirakçılarını marağını nəzərə alaraq söhbətində ordumuzun artan qüdrətindən,  Respublika Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi müdrik və uzaqgörən siyasətindən ətraflı bəhz etmiş, dövlət başçısının bu sahədəki qətiyyətli və prinsipial mövqeyyinin hər bir Qarabağlı tərəfindən birmənalı şəkildə bəyənildiyinin və müdafiə olunduğunu vurğulamışdır.

Əmin olduğunu bildirmişdir ki, Qarabağın işğalından azad olunacağı gün uzaqda deyil. Azərbaycan ordusunun hər gün daha da artan qüdrətl hesabına doğma yurd yerlərinə qayıdacağımız gün ən yaxın zamanın reallığına çevriləcəkdir.

Görüşdə kənd sakinlərindən Qəzənfər Qurbanov, Vaqif Musayev , Faiq Fərzəliyev , Yusif İsgəndərov , Çingiz Hüseynov, Asif Məmmədov və başqaları çıxış edərək maraqlı təklif və arzularını bildirmişlər.