YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Sumqayıt Dövlət Universitetinin fəal tələbələri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Sumqayıt Dövlət Universitetinin fəal tələbələri ilə görüş keçirib.

Sumqayıt Dövlət Universitetinin Tərbiyə İşləri üzrə prorektoru Nizami Namazov tədbiri açdıqdan sonra YAP Gənclər Birliyinin ofisinin əməkdaşı Elmar Məmmədov birliyin fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. YAP gənclərinin reallaşdırdığı dil və liderlik kurslarından, “Siyasi Debat Klubu”ndan və s. layihələr haqqında danışan E.Məmmədov ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən bəhs edib. Azərbaycanın ictimai-siyasi həyatında gənclərin fəallığının artmasının əhəmiyyətini, həmçinin onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün dərinləşdirilməsi və intellektlərinin formalaşdırılması istiqamətində Gənclər Birliyinin mühüm tədbirlər həyata keçirdiyini, onların səmərəli fəaliyyətə cəlb olunduğu vurğulanıb.
Sonra görüşdə YAP GB Ofisinin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib, müzakirələr aparılıb, YAP Gənclər Birliyinin fəaliyyətinə dair suallar cavablandırılıb.